Previous Next
Bağla

Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

14-06-2017 11:13
Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb.

BTİ-nin Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı  Təşkilatın Baş Katibi Xoulin Çjao tərəfindən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevə təqdim olunub. 

Xeberler.az-ın məlumatına görə, bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.

Qeyd edək ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilir. 450 elektron xidməti özündə əhatə edən “E-hökumət” portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.

BTİ tərəfindən cari ilin 30 mart-30 aprel tarixlərində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub. Ümumilikdə 467 elektron layihədən  345-i uğurlu hesab edilərək müsabiqədə iştirak etməyə buraxılıb.

Onlardan 41-i MDB regionundan təqdim edilib. Həmçinin müsabiqədə iştirak edən elektron layihələrin 143-ü dövlət sektoruna, 77-si biznes sektoruna, 56-sı vətəndaş cəmiyyətinə və s. aid olub.

Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində  nominasiyaların hər biri üzrə ən çox səs toplayan ilk 5 layihə müəyyən olunub. Həmin layihələrdən ibarət 90 “Çempion layihə” seçilib. Azərbaycandan təqdim olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında yer alıb.

Hazırda 193 ölkənin üzv olduğu,  bir sıra İKT tənzimləyicilərini, aparıcı elmi institutları, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ beynəlxalq telekommunikasiyanın nizamlanması, standartlaşdırılması, uzlaşdırılması və inkişafı, eyni zamanda bu sahədə dövlətlərin siyasətinin uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir.

 

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

31-05-2024

“mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

31-05-2024

Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

17-03-2023

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

Azərbaycanlı mütəxəssislərin layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

18-05-2021

“ASAN İmza” Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub

18-03-2021

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

Nazirlik 30-a qədər elektron xidmət göstərir

15-02-2017

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

09-07-2020

ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

08-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə