Previous Next
Bağla

“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

18-05-2021 15:47
“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin “Vətəndaşların Elektron Müraciət Portalı” adlı layihəsi ilə təmsil olunduğu “WSIS Prizes 2021” mükafatlandırma mərasimi keçiriləcək.

Xeberler.az mərkəzə istinadla məlumat verir verir ki, Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (“WSIS-2021”) təmsil olunur. Sammit informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün dünyanın illik ən böyük tədbirlərindəndir.

İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır. Forum çərçivəsində mayın 17-dən 21-dək yüksək səviyyəli siyasi sessiyalar keçiriləcək. Hökumət, özəl sektor və ictimai təşkilatların yüksək səviyyəli təmsilçiləri tərəfindən İKT sahəsində yaranmaqda olan tendensiyalar, imkanlar və çağırışlar müzakirə olunacaq. Sammit öz işini mayın 21-dək davam etdirəcək.

BTİ, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə İxtisaslaşmış Agentliyi (UNESCO), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hər il ənənəvi olaraq təşkil olunan sammitdə Nazirlər Toplantısı, digər sessiya və forumlar da keçiriləcək.

Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (“WSIS Prizes – 2021”) da sahiblərinə təqdim olunacaq. Azərbaycan müsabiqəyə Məlumat Hesablama Mərkəzinin “Vətəndaşların Elektron Müraciət Portalı” adlı layihəsi ilə qatılıb. Mükafatlandırma mərasimi mayın 18-də saat 15:00-da onlayn keçiriləcək.

Aşağıdakı linkdən qeydiyyatdan keçərək canlı yayıma qoşula bilərsiniz: https://itu.zoom.us/.../register/WN_df5TAMg-SmahmMsV-8cS-w

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

28-05-2021

Azərbaycan beynəlxalq sammitdə iştirak edir

03-05-2016

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022

“mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

31-05-2024

Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilir

26-05-2015

Azərbaycanlı mütəxəssislərin layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

18-05-2021

Azərbaycanın İKT istiqamətində gördüyü işlərin təqdimatı keçiriləcək

24-04-2015

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021

ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

08-07-2025

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tədbirində iştirak edib

09-07-2025

“ASAN İmza” Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub

18-03-2021

Azərbaycan nümayəndə heyəti WSIS 2009 Forumunda iştirak edir

18-05-2009

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

02-06-2022

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

31-05-2024

“Məzunların məşğulluq reytinqi” layihəsi “Uğur hekayələri hesabatı”na daxil edilib

21-08-2025

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə