Previous Next
Bağla

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019 11:47
Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan və “Made in Azerbaijan” brendi altında təqdim olunan “Danışan kitabxana” layihəsi beynəlxalq müsabiqədə “Çempion layihə” mükafatına layiq görülüb.

Xeberler.az  bildirir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes – 2019) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində öz sahiblərinə təqdim olunub. Belə ki, “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2019” çərçivəsində keçirilən mükafatlandırma mərasimində “Çempion layihə” mükafatına müsabiqənin “Əlverişli mühit“ nominasiyası üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təqdim etdiyi “Danışan kitabxana” layihəsi layiq görülüb.

“Danışan kitabxana”nın əsas məqsədi insanlara müasir, klassik və bədii ədəbiyyat nümunələrini dinləmək imkanı yaratmaqdır. İstifadəçilər günün istənilən vaxtı, “15 41” nömrəsinə zəng etməklə müxtəlif janrlara aid əsərləri seçib dinləyə bilirlər. Hazırda audiokitabxanada mövcud olan kitabların sayı 300-dən çoxdur. Bu günə qədər bu xidmətdən yararlanmaq üçün 45.000-dən çox müraciət qeydə alınıb. “Danışan kitabxana”nın sosial əhəmiyyəti onun daha çox görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulmasıdır.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının Akselerassiya proqramının qalibi, “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin İnkubasiyasının rezidenti olan “DataForest” startapı da “İKT tətbiqləri: e-Biznes” kateqoriyası üzrə “Çempion layihə” adına layiq görülüb.

“Dataforest” müxtəlif məlumatları özündə cəmləyən keyfiyyətli, sürətli və rahat bir mənbə olaraq dünyanın hər yerindən öz məlumatlarını yükləmək və paylaşmaqla boş vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal bir platformadır. Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının
sözügedən beynəlxalq müsabiqəsinə ölkəmiz adından bir sıra layihələr təqdim edilib. Təqdim edilən layihələrdən 9-u məhz Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu layihələrdən 5-i müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilərək səsvermə mərhələsində iştirak hüququ qazanmışdı.

Ümumilikdə bu il müsabiqəyə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən 1140 elektron layihə təqdim olunub. Ekspertlər qrupu tərəfindən nəzərdən keçirilən bu layihələrdən 1062-si uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində 72 “Çempion layihə”, 18 isə qalib layihə seçilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı mütəxəssislərin layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

Azərbaycanlı mütəxəssislərin layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

18-05-2021
Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022
Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

14-06-2017
“Danışan kitabxana”ya  29 mindən çox müraciət olub

“Danışan kitabxana”ya 29 mindən çox müraciət olub

13-06-2017
Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

28-05-2021
 “mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

“mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

31-05-2024
AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

31-05-2024
Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017
 Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

17-03-2023
Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019
“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

18-05-2021
Nazirlik danışan kitabxana yaradıb

Nazirlik danışan kitabxana yaradıb

28-11-2016
Bakutel 2019 çərçivəsində Danışan məktub filminin təqdimatı keçirilib

Bakutel 2019 çərçivəsində Danışan məktub filminin təqdimatı keçirilib

07-12-2019
“E-sosial” internet portalı mükafata layiq görülüb

“E-sosial” internet portalı mükafata layiq görülüb

23-12-2024
Daha üç uğurlu startap ideyası qalib oldu

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018
Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021
“DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə mükafata layiq görülüb

“DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə mükafata layiq görülüb

28-12-2024
ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

08-07-2025
Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

Nazirlik BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

12-09-2019
“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

21-12-2017
Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub.

Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub.

24-07-2018
“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020
Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə