Previous Next
Bağla

Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

12-10-2022 14:48
Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

Son bir il ərzində ölkədə İT, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasında sanki bir yarış başlandığı müşahidə olunur.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Əvvəllər bu sahədə universitetlər və az sayda qurumlar, Step İT Academy, Code Academy və s. bu tip qurumlar peşəkar İT hazırlığı ilə məşğul olurdular. İndi xeyli sayda yeni qurumlar bu istiqamətdə fəaliyyətə başlayıblar. Hətta Elm və Təhsil Nazirliyindən fərqli bir çox dövlət qurumları da peşəkar İT təhsil sektoruna baş vurublar. Bilmirəm, bəlkə də bu yaxşıdır. Çünki, ölkəmizdə bu sahədə mütəxəssis qıtlığı var. İnanmaq istərdim ki, keyfiyyət də unudulmayacaq. Ümid edirəm bu sektorda yeni olan iddialı qurumlar keyfiyyətli mütəxəssis hazırlığı sahəsində qarşıya qoyulan məqsədlərə çata biləcəklər.

Beləliklə, İT və kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığına iddialı olan yeni qurumları və layihələri təqdim edirəm :

1. İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və Beynəlxalq "Alqoritmika" qurumu birgə “İT Akademiya” formalaşdırıblar və yaxın müddətdə 3000 İT mütəxəssis hazırlamağı hədəfləyiblər.

2. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan-İsrail Təlim Mərkəzi kibertəhlükəsizlik sahəsində İsrail mütəxəssislərinin köməyi ilə kadr hazırlamağı planlayıb.

3. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən “Technest” layihəsinə start verilib. Məqsəd İT üzrə milli kadrların yetişdirilməsini sürətləndirməkdir.

Nazirlik “İKT Lab” Tətbiq və Tədris Mərkəzi , “Code Academy”, İsrail-Azərbaycan Təlim Mərkəzi, Tech Academy, “ABB Tech” ilə bu istiqamətdə əməkdaşlıq edir

4. Cari ildə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlığı məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssis hazırlamağı hədəfləyib.

5. Elektron Hökumətin İnkişafı Mərkəzi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “B.EST Solutions” şirkəti birgə memorandum imzalayıb və Estoniyanın kibertəhlükəsizlik şirkəti – “CybExer” ilə birgə sahə üzrə təlimlər verməyi planlaşdırır.

6. Azərbaycan Texniki Universitetində Elmi Şuranın qərarı ilə Kibertəhlükəsizlik İnstitutu və Kibertəhlükəsizlik kafedrası yaradılıb.

XRİT Dövlət Xidməti ilə əməkdaşlığa başlanıb. Burada artıq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə birgə kadr hazırlığına başlanıb.

7. ETN “Code Academy” ilə birgə BDU və AzTU-da İT sahəsi üzrə xüsusi kurslar təşkil edib”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022
AKTA üç memorandum imzalayıb

AKTA üç memorandum imzalayıb

04-06-2026
RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır   

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022
Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023
İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023
İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023
Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023
Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

Kibertəhlükəsizlik: kritik risklər adlı təlim keçirilib

21-10-2019
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022
"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

22-09-2023
Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

Taleh Kazımov: Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Mərkəzi Bank arasında memorandum imzalanacaq

26-10-2023
BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024
Azərbaycan Universitetində “MilliSec”  şirkətinin nümayəndələri ilə görüş olub

Azərbaycan Universitetində “MilliSec” şirkətinin nümayəndələri ilə görüş olub

12-02-2025
İnarə Vəliyeva: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur"

İnarə Vəliyeva: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində kifayət qədər mütəxəssis yoxdur"

31-01-2024
Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə