Previous Next
Bağla

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023 13:53
İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrail Knessetinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Yuli Edelstein və "Mossad"ın keçmiş direktor müavini və İsrailin Kəşfiyyat və Strateji İşlər Nazirliyinin keçmiş baş direktoru Ram Ben-Barak Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində olub.

Xeberler.az məlumat verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün tviter hesabında paylaşım edib.

“Tələbələrin kibertəhlükəsizliyə olan marağı onları heyran etdi. İsrail Azərbaycan tərəfdaşlığı inkişaf edir”-deyə səfir əlavə edib.

Bu ilin martında Bakıda “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1 000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq.

Martın 28-də baş tutan açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrailin keçmiş xarici işlər naziri, “Technion”un səfiri Qabi Aşkenazi, “Technion” İnstitutunun icraçı vitse-prezidenti və baş direktoru Boaz Qolani, İsrail səfirliyinin nümayəndələri və digər qurumların rəsmiləri iştirak ediblər. Onlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması üzrə təlimlər, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı olmaqla 4 istiqamətdə təlimlər keçirilir. “Technion” İnstitutunun təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər öyrədilir. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024
İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub

İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub

31-03-2023
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025
İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023
Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025
RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır   

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022
Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026
Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022
RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025
Azərbaycanda 60 nəfər kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlanıb

Azərbaycanda 60 nəfər kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlanıb

24-07-2023
Kibertəhlükəsizlik mütəxəssisləri üçün  “Purple team” təlimlərinə start verilib

Kibertəhlükəsizlik mütəxəssisləri üçün “Purple team” təlimlərinə start verilib

01-10-2024
Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022
Nazir müavini: “Azərbaycana qarşı bu gün də kiberfəzada ciddi təhdidlər var”

Nazir müavini: “Azərbaycana qarşı bu gün də kiberfəzada ciddi təhdidlər var”

04-07-2022
Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

30-01-2025
RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində hava əlaqələri haqqında vacib saziş imzalanıb

01-07-2022
Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

Ekspert: İT üzrə mütəxəssis hazırlığı ilə kimlər məşğuldur?

12-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə