Previous Next
Bağla

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026 12:37
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni mühüm institusional addım atılıb. Prezidentin fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Kibertəhlükəsizlik Agentliyi yaradılıb.

Xeberler.az bildirir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı məlumat verib.

Nazir müavini bildirib ki, agentlik elektron təhlükəsizlik xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək və ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə, nəzarət və koordinasiya funksiyalarını həyata keçirəcək. Onun sözlərinə görə, yeni qurumun yaradılmasında məqsəd bu sahədə insan resurslarını, institusional imkanları və texnoloji potensialı daha da gücləndirməkdir.

“Ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində son illər mühüm addımlar atılıb. Bu istiqamətdə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” və digər dövlət proqramları mühüm rol oynayır. Rəqəmsal transformasiyanın sürətləndiyi şəraitdə kibertəhlükəsizlik məsələləri dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 86 faizi işlə təmin olunub. Son 3 il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 360-a yaxın mütəxəssis hazırlanıb və onların 86 faizi artıq işə qəbul olunub. Nazir müavini kibertəhlükəsizlikdə insan amilinin həlledici rol oynadığını və bu səbəbdən maarifləndirməyə xüsusi önəm verildiyini bildirib. S.Əsədovun sözlərinə görə, ötən dövrdə dövlət və özəl qurumlarda çalışan 120 kibertəhlükəsizlik mütəxəssisi təkrar hazırlığa cəlb olunub. Ölkə daxilində keçirilən 700-dən çox maarifləndirmə tədbiri nəticəsində təxminən 48 min vətəndaş kibertəhlükəsizlik alətləri barədə məlumatlandırılıb və 653 təşkilatda kibermaarifləndirmə işləri həyata keçirilib”, - deyə Saməddin Əsədov qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
6 ayda Azərbaycan üzrə 2 000 zərərli resurs zərərsizləşdirilib

6 ayda Azərbaycan üzrə 2 000 zərərli resurs zərərsizləşdirilib

04-06-2026
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

08-10-2025
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023
İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023
ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024
Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək

Milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyənləşdiriləcək

28-08-2023
“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023
ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

ETX “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

17-01-2025
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025
“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

04-06-2026
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

04-06-2026
Kibertəhlükəsizlik üzrə direktorat yaradılacaq

Kibertəhlükəsizlik üzrə direktorat yaradılacaq

26-07-2019
Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

18-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə