Previous Next
Bağla

Ekspert: Nə üçün nüfuzlu beynəlxalq fənn olimpiadalarında uğur qazananlar dövlət tərəfindən təltif olunmur?

23-08-2024 11:58
Ekspert: Nə üçün nüfuzlu beynəlxalq fənn olimpiadalarında  uğur qazananlar dövlət tərəfindən təltif olunmur?
Moldovanın paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI 2024) keçirilib.
 
Məktəblilər beynəlxalq olimpiadada bir gümüş və iki bürünc medal qazanıblar.
 
Qeyd edək ki, olimpiadada Bakı şəhəri 157 nömrəli tam orta məktəbin şagirdi Həsən Vəliyev gümüş, Bakı Türk Anadolu liseyinin şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin şagirdi Muhammedali Əhmədov isə bürünc medal qazanıblar.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
"Məhz İnformatika üzrə belə uğurlu nəticə əldə etmək böyük nailiyyətdir. Məktəblilərimizi, məktəb rəhbərlərini, müəllimlərini və repetitorlarını, valideynlərini, olimpiadaya hazırlıq üzrə komandanı təbrik edirəm. Beynəlxalq olimpiadalara hazırlıq prosesinə sponsorluq edən Azercell şirkətinə də təşəkkürlər".
 
Ekspert qeyd edib ki, nə üçün nüfuzlu beynəlxalq fənn olimpiadalarında ağır intellektual zəhmət hesabına uğur qazananlarımız dövlət tərəfindən təltif olunmur və onlara da böyük məbləğdə pul mükafatları verilmir?
 
"Yeri gəlmişkən, beynəlxalq idman yarışlarında, idman Olimpiadalarda qalib gələnlərə, ölkəmizin adını ucaldanlara dövlət tərəfindən doğru olaraq yüksək mükafatlar verilir.
 
Amma nəzərə almaq lazımdır ki, riyaziyyat, informatika, fizika və s. fənlər üzrə beynəlxalq olimpiadalarda yüksək nəticə əldə etmək də hər oğulun işi deyil. Dünyanın nəhəng şirkətləri və tanınmış universitetləri elə olimpiadalar başa çatmamış azacıq uğur qazananları ələ keçirməyə çalışırlar".
 
Osman Gündüz təklif edib ki, beynəlxalq fənn olimpiadalarında qalib gələnlərə də dövlət tərəfindən eyni münasibət sərgilənsin. Uğur qazananlar, onların müəllimləri və hətta repetitorları, aid olduğu məktəb rəhbərləri də mükafatlandırılsın:
 
"Diqqətlə yanaşsaq görərik ki, İNFORMATİKA üzrə beynəlxalq bir olimpiadada Həsənin qazandığı gümüş, Əhməd və Məhəmmədəlinin qazandığı bürünc ölkəmiz üçün bir az öncə başa çatmış Yay Olimpiya oyunlarında qazanılan uğurlarımızdan az əhəmiyyət kəsb etmir.
 
Təsəvvür edin ki, biz 30 ildir beynəlxalq riyaziyyat olimpiadasında iştirak edirik, amma qızıl medal ala bilməmişik.
 
Əlbəttə, asan olsaydı çoxdan əldə edərdik. Beynəlxalq fənn olimpiadalarında iştirakı stimullaşdırmaq faydalı olardı. Beynəlxalq fənn olimpiadalarında qızıl, gümüş və bürünc medal qazananlar da təltif olunmalı, onlara və müəllimlərinə böyük məbləğdə pul mükafatları verilməlidir ."
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024
Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

23-08-2024
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026
Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

01-03-2025
“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023
Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025
Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025
"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

"Azercell"in dəstəklədiyi şagirdlər beynəlxalq bilik yarışmasında uğur qazanıb

23-02-2022
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025
Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

22-10-2015
Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024
Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

21-02-2026
Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

25-12-2025
Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

Azercell-in dəstəklədiyi məktəblilər beynəlxalq olimpiadada növbəti dəfə uğur qazanıb

07-01-2022
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazanıb

01-12-2020
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

05-07-2024
 Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017
İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019
İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə