Məlumat verdiyimiz kimi, ilin əvvəlində “Elektron hökumət” portalının mobil tətbiqinin Beta versiyası hazırlanıb.
Tətbiqin həm Android, həm də İOS üçün versiyaları mövcuddur, Google Play və App Store app mağazalarında yerləşdirilib.
Əvvəllər də məlumat verdiyimiz kimi, bu mobil tətbiq tam hazır bir vəziyyətdə deyil. Belə ki, mobil tətbiqdəki imkanların heç də hamısı tam rejimdə fəaliyyət göstərmirdi.
Xeberler.az hazırda portal tərəfindən həyata keçirilən mobil tətbiqin hazırlanması istiqamətindəki işlərlə maraqlanıb.
“Elektron hökumət” portalının operatorundan Xeberler.az-a verilən məlumata görə, portalın mobil tətbiqinin yeni versiyası hazırlanır və hazır olan kimi ictimaiyyətə təqdim ediləcək.
Bildirilib ki, hazırda mobil tətbiq vasitəsilə təqdim olunacaq xidmətlər hazırlanır.
Portalda mövcud olan xidmətlərin yalnız müəyyən bir hissəsinin mobil tətbiqdə olacağı gözlənilir.
Xeberler.az-a o da bildirilib ki, yaxın vaxtlarda mobil tətbiqin yeni versiyası üzərində işlər başa çatdırılacaq.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri