”Elektron səhiyyə” portalı yeniləndi

17-12-2015 / 12:31

Xəbər verdiyimiz kimi, “Elektron Səhiyyə” internet portalı yenilənərək istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən Xeberler.az-a bildirilib ki, yeni konsepsiyası ilə tam fərqlənən portalda daha çox üstünlük e-səhiyyə istifadəçilərinin (fərdi sahibkar, adi istifadəsi və tibb mütəxəssisi) işini asanlaşdırmağa yönəlib.

Portala 33 elektron xidmət daxildir ki, onların 4-ü qeydiyyatsız istifadəçilər üçün nəzərdə tutulub. Bunlar tibb müəssisələri, dərman preparatları haqqında məlumat, immunoprofilaktika və xəstəliklərin beynəlxalq təsnifatıdır.

Eyni zamanda, portalda Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiyalar, dünya səhiyyə və tibb elmində baş verən yenilikləri barədə geniş məlumatlar verilir.

İl ərzində portal vasitəsilə təqdim olunan elektron xidmətlərdən 49 mindən çox vətəndaş istifadə edib. Müraciətlərin sayı 2014-cü il ilə müqayisədə 2 dəfədən çox artıb.

Müraciətlərin əksəriyyəti dərman vasitələri haqqında məlumatın verilməsi, dövlət tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün sənədlərin qəbulu, Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının onlayn izlənilməsi xidmətləri əhatə edir.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə