Previous Next
Bağla

Azərbaycanda xəstəlik vərəqələri elektron veriləcək

04-04-2023 11:51
Azərbaycanda xəstəlik vərəqələri elektron veriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “Elektron xəstəlik vərəqəsi” (e-bülleten) informasiya sistemi hazırlanıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi, kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı böyük işdən uzaqlaşması, o cümlədən sığortaçıların xərclərinin azaldılması və dövlət büdcəsinin yükünə qənaət edilməsi məqsədilə həyata keçirilir.

Xeberler.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bu təşəbbüsə əsasən, tibb müəssisəsi tərəfindən yazılan və müvafiq tibb işçisinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilən elektron xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin təyin edilməsi və ödənilməsi üçün əsas olacaq. İşəgötürənlər üçün e-bülleten Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində, tibb işçiləri üçün isə “e-Səhiyyə” portalı və mobil tətbiqində əlçatan olacaq.

Xəstəlik vərəqəsinin elektron sənəd şəklində formalaşdırılması müvafiq tibb müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və işəgötürənlər arasında məlumat mübadiləsi üçün avtomatlaşdırılmış məlumat mübadiləsi sistemindən istifadə etməklə həyata keçiriləcək. Proses iştirakçıları arasında qarşılıqlı informasiya mübadiləsi qaydaları bütün iştirakçılar üçün eyni olacaq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi sənəd formasında təsdiq ediləcək.

“Elektron xəstəlik vərəqəsi” sisteminə keçid sığorta dələduzluğu hallarının minimuma endirilməsi, analitik hesabatların və tibbi məlumatların etibarlılığının artırılması, bu növ müavinətlər üzrə ödənişlər üçün dövlətin maliyyə xərcləri ilə bağlı proqnozların keyfiyyətinin yüksəldilməsi, həmçinin xəstəlik vərəqəsinin statusu barədə məlumatların “onlayn” formatda vətəndaşlar və işəgötürənlər üçün əlçatanlığını təmin edəcək.

Elektron xəstəlik vərəqəsinin formalaşdırılması şərtləri və qaydaları səhiyyə sahəsində dövlət siyasətinin və hüquqi tənzimləmənin işlənib hazırlanması və həyata keçirilməsi funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01-05-2025

Mayın 1-dən “e-bülleten” sisteminə keçid ediləcək

21-04-2025

E-bülleten nədir və əvvəlki kağız versiyadan nə ilə fərqlənir?

23-04-2025

“E-bülleten” sisteminə keçidin faydaları

24-06-2025

Xəstəlik vərəqələri elektron formada tərtib ediləcək

05-04-2024

Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

07-05-2025

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014

Şirkətlərin işçilərin əmək müqaviləsini ləğv edəilməsi qaydası açıqlanıb

24-09-2024

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024

İş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil ediləcək

18-09-2019

ƏMAS-da “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

15-04-2025

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib

18-09-2024

İcbari sığorta elektron məlumat mübadiləsinə əsaslanacaq

22-08-2019

“Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsi təqdim edilib

16-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə