“Elektron ticarətdə təhlükəsizlik” mövzusunda onlayn seminar keçiriləcək

10-03-2021 / 14:48

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı “Kapital Bank” ilə birlikdə “Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminar keçirəcək. Qeyd edək ki, son zamanlarda elektron ticarətin yaratdığı üstünlüklərdən istifadəyə marağın artması ilə yanaşı kibertəhlükəsizliyə təhdidlərin çoxalması da müşahidə olunur. Əsasən kart məlumatlarının əldə olunması ilə vətəndaşların hesablarından vəsaitlərin oğurlanması halları baş verir. Belə halların baş verməsi vətəndaşlara maddi zərərin dəyməsi ilə yanaşı ölkədə elektron ticarətin, nağdsız hesablaşma vərdişinin və müasir texnologiyaların inkişafına öz mənfi təsirini göstərir.

“Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminarın təşkil olunmasında məqsəd qeyd olunan halların baş verməsinin qarşısının alınması məqsədi daşıyır. Seminarda həmçinin ikinci əl məhsuların alış-verişində diqqət edilməli məqamlar, saxta “ATM” və saytların müəyyən olunması, kartların CVV/CVC məlumatlarının qorunması, sosial şəbəkələr və elektron poçt üzərindən göndərilən saxta hədiyyə kuponları və digər mövzularda ekspertlərin çıxışları nəzərdə tutulub. Seminar ödənişsizdir.

17 mart 2021-ci ildə “Zoom” tətbiqi vasitəsi ilə saat 10.00-da keçiriləcək seminar üçün qeydiyyat linki: http://training.ereforms.org 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə