Previous Next
Bağla

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017 10:58
E-hökumət mövzusunda növbəti  seminar keçirilib

Gənclərin elektron hökumət sahəsi üzrə maarifləndirilməsi məqsədilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində (EHTTM) Məlumat Hesablama Mərkəzinin dəstəyi ilə seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə,  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv təşkilatlar üçün keçirilən seminarda “Elektron hökumət” portalı, dövlət elektron xidmətləri haqqında geniş məlumat verilib.

Seminarda çıxış edən EHTTM-in direktor vəzifələrini icra edən Rauf Cabbarov “Elektron hökumət” quruculuğu üzrə aparılan işlər barədə vətəndaşların maarifləndirilməsinin vacibliyini, proseslərin ictimai müstəvidə inkişafının elektron xidmətlərin istifadəsindən bilavasitə asılı olduğunu bildirib.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan   “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerindən arayış”, “Sığorta olunana məlumatın verilməsi”, həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi”, “Mobil cihazların qeydiyyata alınması”, POÇTAP - itirilmiş sənədlərin axtarışı” elektron xidmətləri portal üzərindən vətəndaşlara göstərilib, elektron arayışlar test edilib.

Seminarın növbəti sessiyasında elektron sənəd və elektron imza, o cümlədən elektron imzanın növləri, tətbiq sahələri diqqətə çatdırılıb, elektron imzalama prosesi əyani olaraq göstərilib. Seminarda daşıma və istifadə baxımından daha rahat olduğu  üçün vətəndaşların USB-Token formasında təqdim olunan elektron imzaya daha çox üstünlük verdiyi vurğulanıb. Qeyd edilib ki, bununla belə, kart daşıyıcıda olan imza sertifikatlarına tələbat var, çünki əksər vətəndaşlar bu zaman əldə etdikləri kart-oxuyucunu digər smart kartların da oxunmasında istifadə edirlər.

Müzakirələrlə davam edən seminarda elektron mühitin inkişafı ilə bağlı təkliflər də səsləndirilib. Sonda iştirakçılara “Elektron hökumət” portalından istifadə üçün istifadəçi adı və şifr verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015

Ötən ay ən çox hansı elektron xidmətdən istifadə edilib?

09-03-2016

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adları açıqlanıb

22-06-2015

Portalın mobil tətbiqi yeniləndi

03-05-2017

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

28-04-2017

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə