Bu gün mediada yayımlanan məlumatlara görə, Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib.
"Əli Abbasov məlum cinayət işinə şahid qismində cəlb edilib. Əli Abbasov təqsirləndirilən şəxs deyil. Ondan hansısa ziyana görə necə pul tutula bilər?! Sabiq nazirdən bir qəpik də ziyan tutulmayıb”.
Xeberler.az bildirir ki, bunu Lent.az-a açıqlamasında sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun vəkili Kamandar Nəsibov deyib. Vəkil nazirliyin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun bu gün baş tutan məhkəməsində vəkillər tərəfindən səsləndirilən ittihamlara cavab verib.
K.Nəsibov bildirib ki, V.Zeynalovun vəkilinin Əli Abbasovdan 6,8 milyon manat məbləğində ziyan tutulduğu barədə rəqəmləri hardan əldə etdiyini anlamır, lakin belə bir hal mövcud deyil: "Əli Abbasovdan hüquqi baxımdan da ziyan tutulması mümkün deyil. O, cinayət işində şahid kimi keçir. Təqsirləndirilən şəxs olmadığı üçün ziyan vurması və dolayısı ilə dəymiş ziyanı ödəməsi də hüquqi baxımdan mümkün deyil. Əli Abbasovdan heç bir məbləğ tutulmayıb. Bu, Vidadi Zeynalovun vəkillərinin növbəti uydurmasıdır”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri