Əli Həsənov: “Mətbuata qarşı inzibati resurslardan istifadə olunmayacaq”

25-08-2010 / 14:55

“Bu il Azərbaycanda keçiriləcək Parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir inzibati resursdan istifadə olunmayacaq”.

Bunu ATƏT Bakı Ofisinin təşkilatçılığı ilə “Seçkilərin mediada əks etdirilməsi” mövzusunda keçirilən \"dəyirmi masa\"dakı çıxışında Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

“Biz bu prosesin şəffaf, ədalətli keçirilməsini istəyirik”, - Əli Həsəniv deyib.
Onun sözlərinə görə, demokratik cəmiyyətdə seçki prosesi üç mərhələdən - seçkilərə hazırlıq və onun təşkili, cəmiyyəti seçkilərə hazırlamaq, daha doğrusu, maarifləndirmə işlərinin aparılması, eləcə də seçkilərin özünün keçirilmə prosesindən ibarətdir.

Azərbaycanda Parlament seçkiləri noyabrın əvvəllərində keçiriləcək.

mənbə: Trend


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə