Previous Next
Bağla

Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

03-11-2010 08:03
Azərbaycanda parlament seçkilərində “Elektron səsvermə” sistemindən istifadə olunacaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi  (MHM) qeyri-hökumət təşkilatlarına qarşıdakı parlament seçkilərində istifadə etmək üçün \"Elektron səsvermə və ictimai fikrin müəyyən edilməsi\" sistemini təqdim edib. Bu barədə nazirliyin məlumatında deyilir.

Yeni sistem seçicilərə şəxsiyyət vəsiqəsinin PİN kodundan istifadə edərək internet saytı vasitəsilə səs verməyə imkan verəcək. \"Bir vətəndaş-bir səs\" prinsipi ilə həyata keçirilən sistem səsvermə prosesinin tam anonimliyini təmin edir.

QHT-lərin sifarişləri oktyabrın 30-dan noyabrın 2-dək saat 10:00-dan 18:00-dək Üzeyir Hacıbəyov, 36 ünvanında qəbul edilir. Sifarişlərin elektron formasını /www.rabita.az/ ünvanından əldə etmək olar.

Parlament seçkilərinin keçiriləcəyi seçki komissiyaları fasiləsiz telefon rabitəsi və internet şəbəkəsinə girişlə təmin olunacaqlar.

Seçki prosesinin şəffalığının təmin olunması üçün bir sıra seçki məntəqələrində veb-kameralar quraşdırılacaq. Səsvermənin gedişini \"online\" rejimində izləmək mümkün olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləməyə imkan verəcək.

Hər bir seçki məntəqəsindən məlumat dairə seçki məntəqələrinə, daha sonra isə \"Seçkilər\" məlumat şəbəkəsi mərkəzinə ötürüləcək.

Səsvermə prosedurunun avtomatlaşdırılması üçün Milli Məclisdə səsvermə sisteminin avtomatlaşdırılması üçün yaradılan \"Seçkilər\" dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə olunacaq.

Proqram təminatı iki moduldan ibarətdir: birincisi, dairə seçki komissiyalarının informasiya məntəqələri üçün, ikincisi, informasiya mərkəzində administratorun iş yerinin avtomatlaşdırılması üçün. Sistemin əsas funksiyaları bunlardır: səsvermənin gedişinin əks olunması, protokolların kompüterin məlumat bazasına daxil edilməsi, deputatların və siyasi partiyaların adlarının daxil edilməsi, dairə seçki komissiyalarında protokollara yekun vurulması.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Parlament seçkiləri ilə əlaqədar «Aztelekom» İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib

28-10-2010

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qalibi açıqladı

04-11-2010

Rabitə naziri veb-kameralara texniki baxış mərkəzində olub

05-11-2010

BU GECƏ TƏBLİĞAT-TƏŞVİQAT KAMPANİYASINA START VERİLƏCƏK

14-10-2010

Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

18-10-2010

Elektron səsvermənin hüquqi qüvvəsi yoxdur

05-11-2010

Məzahir Pənahov və Əli Abbasov bir arada

04-11-2010

“Veb-kamera”lar sınaqdan keçirilib

31-10-2010

SEÇKİ 2008 QHT Koalisiyasının açıqlaması

19-09-2008

Seçki məntəqələrində veb-kameraların quraşdırılması işləri başa çatıb

21-10-2015

Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

05-10-2015

Seçki günü veb kameralar qüsursuz işləyəcək

03-11-2010

Məntəqə seçki komissiyalarında “veb-kamera”ların quraşdırılması prosesi başlayıb

30-11-2009

Prezident seçkilərini internet vasitəsilə bütün dünya izləyə biləcək

22-09-2008

“Veb-kamera”ların Texniki Nəzarət Mərkəzinə baxış keçirilib

13-03-2009

Azərbaycanın regionlarında seçki məntəqələrində veb-kameralar quraşdırılıb

18-03-2009

Secki2010.info-da səsvermə başa çatdı

04-11-2010

MSK-nın seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilib

04-09-2013

Parlament seçkilərində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib

18-09-2010

Əli Həsənov: “Mətbuata qarşı inzibati resurslardan istifadə olunmayacaq”

25-08-2010

Estoniyada mobil səsvermə

15-12-2008

Seçkidə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adı açıqlandı

24-09-2010

Elektron səsvermənin nəticələri bəlli oldu

08-11-2010

“Yeni Müsavat” qəzeti baş redaktorsuz qaldı

01-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə