Previous Next
Bağla

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024 15:55
Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq.

Xeberler.az məlumat verir ki, noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı ilə müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı”, “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında panellər təşkil ediləcək. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur.

“Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçiriləcək paneldə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs müzakirə ediləcək. Belə ki, Elm və Təhsil Nazirliyi İƏİT ilə birgə 2029-cu ildə həyata keçiriləcək növbəti PISA üçün iqlim savadlılığına dair səriştəəsaslı ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması təşəbbüsünü irəli sürüb.

“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda keçiriləcək paneldə isə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edəcək. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məhz Azərbaycanda keçirilən sessiyasının (COP29) gündəliyində təhsilə xüsusi yer ayrılıb. Belə ki, müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Emin Əmrullayev: Yaşıl ixtisasların inkişafı bizim prioritetdir

12-11-2024

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024

“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu" adlı panel müzakirə keçirilib

11-11-2024

Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb

14-11-2024

Səhiyyə naziri “TikTok”un vitse-prezidenti ilə görüşüb

19-11-2024

Türkiyə COP31-ə ev sahibliyi edəcək

20-11-2025

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

“Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

11-11-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər

31-01-2024

Gənclər innovativ fikirləri və texnoloji həlləri ilə iqlim dəyişikliklərinə qarşı mübarizədə dönüş yarada bilərlər

24-10-2024

"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib

24-08-2024

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub

13-11-2024

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə