Previous Next
Bağla

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024 15:54
ABB COP29-un əsas bank tərəfdaşıdır!

Regionun ən böyük maliyyə qurumlarından olan ABB bu ilin 11-22 noyabrında ölkəmizdə keçiriləcək COP29 tədbirinin əsas bank tərəfdaşıdır. ABB tədbirdə öz pavilyonu ilə iştirak edəcək. COP29 müddətində Bankın pavilyonunda müxtəlif təqdimatlar, görüşlər təşkil olunacaq.

Ziyarətçilərə ABB-nin dayanıqlı inkişaf hədəfləri, ölkəmizin yaşıl artımının sürətləndirilməsində maliyyə qurumlarının rolu, yaşıl investisiya, ticarətin dayanıqlı şəkildə maliyyələşdirilməsi, bərpa olunan enerjinin artırılmasına bankların dəstəyi, İnternet Bankçılıq, kiçik sahibkarlığın inkişafı üçün ABB Biz tətbiqinin yaratdığı imkanlar, “Tezödə” platforması haqqında ətraflı məlumat veriləcək.

Dayanıqlı gələcək üçün bankçılığın rəqəmsallaşdırılması və yaşıl texnologiyaların tətbiqi, Azərbaycanda və regionda dayanıqlı maliyyə, iqlim dəyişikliklərinə qarşı mübarizədə yaşıl fintech və iqlim texnologiyalarının rolu, karbon izi kalkulyatoru, uşaqlar və dayanıqlı inkişaf, gənc nəslin innovasiyalar ruhunda yetişdirilməsi, qadın liderliyi və s. bu kimi mövzularda da maraqlı təqdimatlar, müzakirələr olacaq.

Tədbir çərçivəsində startap sessiyaları da təşkil ediləcək, ABB İnnovasiya Mərkəzində inkubasiya mərhələsini uğurla keçmiş bir neçə startap investorlara təqdim olunacaq.

COP29 zamanı ABB-nin bir neçə beynəlxalq tərəfdaşı ilə yeni razılaşma sənədlərinin imzalanması da nəzərdə tutulur.

14 noyabr COP29-da “Maliyyə, İnvestisiya və Ticarət Günü”, 16 noyabr isə “Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü”dür. ABB hər iki tematik gündə də xüsusi tədbirlərlə fəal iştirak edəcək.

Qeyd edək ki, COP (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır.

Tədbir hər il keçirilir. COP-a sədrlik BMT-nin beş regionu arasında mütəmadi dəyişir.

COP iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli qlobal tədbirlərdəndir. Bu tədbirlərin təşkilində əsas məqsəd qlobal istiləşməni məhdudlaşdırmaq, karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün müzakirələr aparıb beynəlxalq razılaşmalar əldə etməkdir. COP tədbirləri ölkələrə iqlimlə bağlı öhdəliklər və fəaliyyət planlarını yeniləmək üçün bir platforma təqdim edir.

COP29 müddətində ABB-nin pavilyonunda keçiriləcək tədbirlərin proqramı ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABB ABA-nın 6 mükafatını qazanıb

ABB ABA-nın 6 mükafatını qazanıb

15-04-2025
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq  platformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

03-12-2025
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

20-09-2025
ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

16-11-2024
ABB Sahibkarlar Gününü müştəriləri  ilə qeyd edib

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd edib

28-04-2025
ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!

01-11-2024
ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022
ABB yeni korporativ saytını təqdim edib

ABB yeni korporativ saytını təqdim edib

19-11-2025
ABB müştərilərə yaşıl sertifikatlara investisiya  imkanı yaradır

ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır

15-11-2024
ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirilib

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirilib

12-03-2026
ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf  Hesabatını açıqladı!

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!

05-06-2024
ABB “2025 WMF Dünya Kuboku”nun  tərəfdaşıdır!

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

21-05-2025
SOCAR-ın “Yaşıl” istiqrazları ABB  mobile tətbiqində!

SOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində!

23-01-2025
ABB “Neftçilər”də yeni filial açıb

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025
Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

16-06-2026
ABB mobile tətbiqi yüksək təhlükəsizlik  sertifikatı alıb

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı alıb

02-12-2024
ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

30-07-2025
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə