Previous Next
Bağla

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024 18:32
Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) SOCAR və SABAH HUB tərəfdaşlığı ilə “Dayanıqlı innovasiyalar çağırışı” mövzusunda tədbir keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə açılış nitqləri ilə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf və SABAH HUB-ın icraçı direktoru Rəhim Bayramlı qlobal əməkdaşlığın və iqlim texnologiyalarının gələcəyin qorunmasındakı vacibliyini vurğulayıblar.

Tədbirdə yerli və xarici startaplar olmaqla, ümumilikdə 10 startap layihəsi, iqlim texnologiyaları sahəsində innovativ həllər təqdim edilib. Hər komanda davamlı gələcək üçün öz unikal yanaşmasını nümayiş etdirib.

Beynəlxalq investorlar və tədbir iştirakçıları tərəfindən keçirilən qiymətləndirmə nəticəsində ən yaxşı 3 startap seçilib.

SABAH HUB şirkətinin İcraçı direktoru Rəhim Bayramlı bildirib ki, builki COP29-da iqlim hədəflərinə nail olmaq üçün maliyyələşmənin aparılması ilə bağlı mühüm mövzular müzakirə edilir. Bu hədəflərə çatmaq üçün kreativ və yaradıcı gənclərin iqlim mövzuları üzrə təşəbbüslərinin dəstəklənməsi olduqca vacibdir.

O əlavə edib ki, COP29 çərçivəsində tərəfdaşlıq nəticəsində SOCAR SABAH HUB vasitəsilə “cleantech” sahəsində fəaliyyət göstərən şirkətlərə bir milyon dollar vəsait ayırıb: “COP29-da SABAH HUB olaraq, 38 komanda ilə təmsil olunuruq. Onlardan on beşi bizim proqramların məzunlarıdır. Bu gün beş qitənin 15 ölkəsindən 25-ə yaxın startapçı COP29-da iştirak edir”.

Qeyd edək ki, SABAH HUB müxtəlif sahələrdə yeni startapların yaranmasına və inkişaf etməsinə dəstək olan innovasiya mərkəzidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BANM ilə "SABAH City" arasında əməkdaşlıq məsələləri müzakirə edilib

08-04-2025

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024

"Sabah city" texnoparkı yaradılacaq

27-06-2024

BANM ilə “SABAH.academy” arasında memorandum imzalanıb

28-11-2024

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024

BANM-da COP29 çərçivəsində ideathon yarışı keçirilib

03-10-2024

“Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" tədbiri başa çatıb

21-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024

“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər!

02-07-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

Səhiyyə naziri “TikTok”un vitse-prezidenti ilə görüşüb

19-11-2024

Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

27-06-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

"Qarabağ Universitetində təhsil alacaq tələbələrin startapları bizim üçün maraqlıdır"

27-06-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu!

15-10-2024

“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu" adlı panel müzakirə keçirilib

11-11-2024

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

Nazir: SABAH.HUB Azərbaycanın təhsil və startap ekosisteminə töhfə verəcək

27-06-2024

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib

24-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə