Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işəgötürənlər üçün ezamiyyə vəsiqələrinin elektron qaydada tərtibinə imkan verən yeni funksionallıq istifadəyə verilib.
Xeberler.az bildirir ki, bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ƏMAS-da yeni yaradılan “Ezamiyyə vəsiqələri” bölməsi vasitəsilə artıq işəgötürənlər əməkdaşların ezamiyyələrinin rəsmiləşdirilməsi prosesini tam elektron qaydada həyata keçirə biləcəklər.
Bu yenilik sənədləşmə prosesini sadələşdirməklə məlumatların vahid elektron mühitdə təhlükəsiz saxlanılmasını təmin edir və proseslərin daha operativ icrasına şərait yaradır.
Yeni funksionallıq, eyni zamanda, işəgötürənlərin inzibati yükünün azaldılmasına, sənəd dövriyyəsinin sürətləndirilməsinə və əmək münasibətlərinin rəqəmsal idarəolunmasının daha da təkmilləşdirilməsinə xidmət edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları