Previous Next
Bağla

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015 11:01
Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən cari ilin oktyabr ayında 169820 dəfə istifadə qeydə alınıb.

ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, bu dövrdə əhali nazirliyin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 126 min 909 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 42 min 911 dəfə faydalanıb.

Hər iki e-xidmət ötən ilin iyul ayından etibarən ölkəmizdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinə başlanılması ilə əlaqədar əhalinin istifadəsinə verilib. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə bildiriş formaları həmin sistemdə qeydiyyata alındıqdan və işəgötürənə elektron qaydada müvafiq məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Qeyd olunan proses isə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həyata keçirilir. Bununla yanaşı, hər bir vətəndaş “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən yararlanmaqla, onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə edə bilir.

İstifadəyə verildikləri vaxtdan vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasında olan bu iki e-xidmətdən cari ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 milyon 675 min 727 dəfə istifadə qeydə alınıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

10-07-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?

14-01-2015

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015

Sentyabrda çox istifadə olunan e-xidmətlərin siyahısı

09-10-2015

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə