Previous Next
Bağla

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016 11:07
Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə,  yanvar-noyabr aylarında Nazirliyin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 1 milyon 925 min 253 dəfə müraciət edilib ki, bu da ötən ilin eyni dövrü ilə 5,3 faiz çoxdur. 

Sistemdə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməsi  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə yerinə yetirilir. Həmin e-xidmətdən istifadə sayında artım  dinamikası cari ildə də davam edib. Belə ki, bu ilin 11 ayında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə ötən ilin müvafiq dövrünə nisbətən 33,7 faiz çox, yəni 1 759 188 dəfə müraciət edilib.

Yaxud ötən ay bu e-xidmətdən istifadə sayı cari ilin sentyabr ayı ilə müqayisədə 34,1 faiz, oktyabr ayı ilə müqayisədə isə 18,1 faiz çoxalaraq 190 090- a çatıb.

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işçilərə onlarla bağlı əmək müqaviləsi bildirişləri barədə məlumatların real vaxt rejimində əldə edilməsi imkanı da verir. Bu məqsədlə fəaliyyət göstərən “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti «Elektron hökumət» portalında ən çox müraciət olunan e-xidmətlər sırasındadır. Cari ilin 11 ayında vətəndaşlar həmin e-xidmətdən 166 065 dəfə  faydalanıblar.

Ölkəmizdə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə 2014-cü ilin iyul ayından başlanılıb və cari ilin 01 dekabr tarixinə qədər əhali bu sistemdən 6,4 milyon dəfə istifadə edib.

 Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

10-07-2015

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə