Previous Next
Bağla

Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında tədbir keçirilib

19-08-2025 12:49
Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında “Süni intellekt və fizika” mövzusunda tədbir keçirilib.

Xeberler.az məlumat verir ki, tədbiri açan kitabxananın direktoru Mübariz Məmmədli texnologiyaların inkişafı və onların insan həyatına təsiri, sənaye inqilabının mərhələləri və sosial-iqtisadi transformasiyadakı rolu barədə çıxış edərək Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun bu sahədə bir sıra araşdırmalarının olduğunu qeyd edib. O, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə daimi komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan Müəlliflik hüququ və generativ süni intellekt üzrə məlumat sessiyasında professor K.İmanovun Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri adından “Süni intellekt və müəlliflik hüququ” mövzusunda məruzə etdiyini diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Sivas Cümhuriyyət Universitetinin fizika ixtisası üzrə məzunu Zeynəb Cəlilova “Süni intellekt və fizika” mövzusunda təqdimat edib. O, süni intellektin təhsildə, elmi araşdırmalarda və gündəlik həyatda yeni üfüqlər açan bir güc olduğunu diqqətə çatdırıb. Məruzədə fizikanın müxtəlif sahələrində süni intellektin imkanlarından istifadə edilərək əldə olunan nailiyyətlərə toxunulub. Qeyd edilib ki, süni intellekt təhsildən tibbə qədər bir çox sahədə sürətlə yayılmaqdadır və buna əsasən demək olar ki, süni intellekt özündə həm güclü imkanlar, həm də ciddi ehtiyat tələb edən problemlər daşıyır.

İnteraktiv keçən tədbir mövzu ətrafında müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Tədbir çərçivəsində təşkil olunan sərgidə Respublika Elmi-Texniki Kitabxanasının fondunda olan süni intellekt və fizika sahələrinə aid nəşrlər nümayiş etdirilib. Sonra tədbir iştirakçıları kitabxananın Nadir fondu ilə tanış olublar.

Sonda Z.Cəlilovaya sertifikat təqdim olunub.

Maarifləndirici tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Kooperasiya Universitetinin nümayəndələri iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024

Komitə sədri: Süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

24-04-2026

“COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” adlı tədbir keçirilib

01-11-2024

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025

AMEA-nın vitse-prezidenti: Təhsildə süni intellekt ziyanverici rol oynayır

24-04-2026

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

14-07-2025

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

02-12-2024

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

Qlobal İnnovasiya İndeksinin göstəriciləri müzakirə edilib

17-05-2025

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

10-07-2025

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

“Süni intellekt və data elmi” layihəsi çərçivəsində görüş təşkil olunub

10-08-2022

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

16-10-2025

Əqli Mülkiyyət Və Innovasiya sərgisi işə başlayır

23-12-2014

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

"Tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib

29-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə