Previous Next
Bağla

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018 16:26
Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda konfrans keçirilib.

Xeberler.az  bildirir ki, sözügedən konfrans “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və YUNESKO-nun “İnformasiya hamı üçün” proqramı (IFAP)  ilə birgə baş tutub.

Konfransda çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya həftəsi” beynəlxalq sərgi və konfransı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Nazirin birinci müavini bildirib ki, “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan 20-yə yaxın tədbir Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda qarşıya qoyulan hədəflərə çatmaq üçün aparılan
tədbirlərin bir hissəsidir.

Artıq Azərbaycanda İKT-nin geniş tətbiqini stimullaşdırmaqla əlverişli innovasiya mühiti yaradıldığını vurğulayan Əli Abdullayev innovasiyaların stimullaşdırılmasına və bazarların tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin və müəlliflik hüquqlarının qorunmasının əhəmiyyətinin kifayət qədər yüksəldiyini deyib. “Məhz innovasiyaların və texnoloji həllərin yaradılması, inkişafı və tətbiqi üzrə stimullaşdırıcı təsir vasitəsi olan və bu proseslərin ayrılmaz tərkib hissəsi hesab edilən əqli mülkiyyətin qorunması məsələləri bu səbəbdən aktuallıq kəsb edir”, -deyə nazirin birinci müavini qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransda çıxış edərək innovativ inkişafla əqli mülkiyyətin vəhdət təşkil etdiyini diqqətə çatdırıb. Kamran İmanov Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda söylədiyi “Gələcəyimiz innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” fikrinin fəaliyyətdə əsas götürüldüyünü bildirib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri öz çıxışında Azərbaycanın əqli mülkiyyət hüquqlarının qorunması göstəriciləri barədə ətraflı məlumat verərək sözügedən göstəricilər üzrə ölkəmizin MDB-də lider olduğunu deyib. Eyni zamanda Kamran İmanov "İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri" mövzusunda geniş təqdimatla çıxış edib.

Konfrans öz işini rəqəmsal mühitdə əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, açıq məlumatlar və onlardan istifadə hüquqları, yeni texnologiyalar üzərində əqli mülkiyyətin təsdiqi məsələləri, yüksək texnologiyalar sahəsində patent alınması, elektron ticarətdə əqli mülkiyyətin qorunması mexanizmləri və problemləri kimi mövzular ətrafında məruzələr və müzakirələrlə davam etdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

“Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib

24-04-2015

Bu il Azərbaycanda İnnovasiya Evi tikiləcək

11-02-2019

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024

Cenevrədə innovativ və yüksək texnologiyalar üzrə Azərbaycan startaplarının təqdimatı olub

20-12-2018

Azərbaycanda “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçiriləcək

22-04-2014

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb

11-09-2024

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

02-12-2024

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019

KOBİA INSME-nin İllik Toplantısında iştirak edib

22-10-2025

İnnovasiyalar Agentliyi daha bir konfransda təmsil olunacaq

23-08-2019

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

06-06-2018

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" adlı tədbir keçirilir

30-10-2024

CD-DVD bazarının pirat problemi

21-10-2009

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində laboratoriya yaradılacaq

29-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə