Previous Next
Bağla

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024 19:47
“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

Sentyabrın 30-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası ilə Əqli Mülkiyyət Agentliyinin rəhbərlik etdiyi Əqli mülkiyyət məsələləri üzrə xüsusi işçi qrupunun iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, agentlikdən bildirilib ki, iclasda İdarə Heyətinin sədri, Əqli mülkiyyət məsələləri üzrə xüsusi işçi qrupunun rəhbəri Kamran İmanovun “Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilərin təhlili” mövzusunda geniş məruzəsi dinlənilib və təqdimatı olub. Məruzədə və təqdimatda Qlobal İnnovasiya İndeksinin müvafiq indikatorları üzrə müqayisəli şəkildə konseptual metodoloji məsələlər geniş təhlil edilib və növbəti ildə Azərbaycana dair göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə tövsiyələr verilib.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib. O bildirib ki, “Qlobal İnnovasiya İndeksi” hesabatlarında ölkəmiz üzrə göstəricilərin dolğunluğunun təmin olunmasında məlumatların sistemləşdirilməsinin metodologiyasına xüsusi diqqət yetirilməlidir. Sektor müdiri bununla əlaqədar digər müvafiq işçi qruplarının da Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığının gücləndirilməsinin zəruriliyini qeyd edərək, bu işdə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin dəstəyindən yararlanmağın faydalı olacağını vurğulayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktorunun vəzifəsini icra edən, Əqli mülkiyyət məsələləri üzrə xüsusi işçi qrupunun üzvü Fariz Cəfərov çıxış edərək “Qlobal İnnovasiya İndeksi” hesabatına daxil edilən məlumatların toplanması və sistemləşdirilməsi sahəsində koordinasiya məsələləri barədə danışıb.

Sonda işçi qrupun üzvlərini və iclasa dəvət olunan digər aidiyyəti işçi qruplarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

Qlobal İnnovasiya İndeksinin göstəriciləri müzakirə edilib

17-05-2025

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

20-05-2026

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

27-05-2025

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

03-10-2019

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019

“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

27-12-2024

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026

“İnnovasiya” İşçi qrupunda 2024-cü ilin nəticələri müzakirə edilib

04-02-2025

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə