Previous Next
Bağla

ETX: Sürücülük vəsiqələrinin qanunsuz paylaşılmasının qarşısı alınıb

13-01-2026 19:25
ETX: Sürücülük vəsiqələrinin qanunsuz paylaşılmasının qarşısı alınıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinqlər nəticəsində "Instagram" sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.

Xeberler.az ETX-ya istinadən məlumat verir ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub.

ETX bir daha vətəndaşlara müraciət edərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır. Belə məlumatlar yalnız etibarlı və səlahiyyətli qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilə rastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir.

Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə və müəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmi sənədlərinin sosial şəbəkələrdə paylaşılması yolverilməzdir və "Fərdi məlumatlar haqqında" qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmalıdır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

16-03-2026

ETX kiberdələduzluq cəhdləri ilə bağlı xəbərdarlıq edib

14-05-2026

ETX: Ötən il 429 internet resursuna giriş məhdudlaşdırılıb

30-01-2026

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025

ETX: "Telegram" hücumları ilə bağlı mühüm nəticələr müəyyən olunub

05-09-2025

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025

ETX uşaqlar üçün sosial videoçarx hazırlayıb

06-05-2026

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024

Elektron Təhlükəsizlik Xidməti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi əməkdaşlığa başlayıb

20-06-2024

AzTU ilə ETX arasında əməkdaşlıq memorandumu imzalanıb

02-12-2024

ETX: Heydər Əliyev Aeroportunun adından saxta kampaniyalar keçirilir

14-01-2025

ETX: "Qeyri-kritik infrastrukturlarda kibertəhlükəsizlik normaları olmalıdır"

26-10-2023

ETX: “Telegram”da vətəndaşlara saxta iş təklifləri göndərilir

05-12-2025

ETX: Telekommunikasiyaya hədəflənmiş hücum cəhdi araşdırılıb

13-11-2025

ETX: Genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

01-04-2026

ETX kiberdələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edir

04-11-2025

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

27-01-2025

ETX: "WhatsApp" hesablarına icazəsiz giriş cəhdləri artıb

29-10-2025

ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir

29-04-2025

ETX və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri baş tutub

07-10-2024

ETX: Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır

11-09-2025

ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur

03-09-2025

ETX-nin təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib

21-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə