Previous Next
Bağla

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026 10:22
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox Azərbaycan vətəndaşına aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib.

Xeberler.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Qurum xatırladıb ki, 28 yanvar dünyada Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Məhz 1981-ci ilin bu günündə fərdi məlumatların mühafizəsi sahəsində ilk beynəlxalq konvensiya qəbul olunub. Azərbaycan isə bu konvensiyaya 2009-cu ildə qoşulub və 2010-cu ildə ölkəmizdə "Fərdi məlumatlar haqqında" qanun qəbul edilib.

"Rəqəmsal texnologiyaların sürətli inkişafı, emal edilən məlumatların həcminin artması və süni intellekt sistemlərinin tətbiqi fərdi məlumatların mühafizəsi sahəsində yeni risklər yaradır. Bu baxımdan fərdi məlumatların mühafizəsi hazırda yalnız hüquqi öhdəlik deyil, eyni zamanda rəqəmsal mühitdə etimadın və təhlükəsizliyin əsas şərti kimi çıxış edir.

Bu məqsədlə cari il ərzində rəqəmsal risklərin tənzimlənməsini, vətəndaşların hüquqlarının gücləndirilməsini, eləcə də fərdi məlumatları işləyən tərəflər üçün öhdəlik və məsuliyyətin artırılmasını nəzərdə tutan təkmil qanunvericiliyin qüvvəyə minməsi gözlənilir.

Ölkəmizdə fərdi məlumatların mühafizəsi sahəsində nəzarətin təmin edilməsi və vətəndaşların hüquqlarının qorunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə ETX fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb.

Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.

Qurum fərdi məlumatların mühafizəsi sahəsində daxil olan şikayətləri qəbul edir və araşdırır. Vətəndaş müraciətlərinin daha operativ qəbulu və icra vəziyyəti barədə məlumatlandırılmanın təmin edilməsi məqsədilə bu il xüsusi elektron portalın istifadəyə verilməsi nəzərdə tutulur.

Yeni texnologiyaların yaratdığı risklər nəzərə alınaraq fərdi məlumatların mühafizəsi sahəsində öhdəliklərin izah edilməsi və məlumatlılığın artırılması məqsədilə dövlət qurumları, özəl sektor və vətəndaşlar üçün mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək.

Bu il, həmçinin ölkə üzrə fərdi məlumatların işlənildiyi informasiya sistemlərinin uçotunun aparılması, şəffaflığın və nəzarətin artırılması məqsədilə fərdi məlumatların informasiya sistemlərinin mərkəzləşdirilmiş vahid bazasının formalaşdırılması nəzərdə tutulur.

Ümumilikdə həyata keçirilən tədbirlər fərdi məlumatların mühafizəsi sahəsində institusional potensialın gücləndirilməsinə, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına, eləcə də rəqəmsal mühitdə təhlükəsizliyin və etimadın artırılmasına xidmət göstərir. Vətəndaşları bu prosesdə fəal iştiraka, fərdi məlumatlarını məsuliyyətlə paylaşmağa və pozuntu halları ilə bağlı quruma müraciət etməyə çağırırıq. Fərdi məlumatları toplayan və işləyən tərəfləri isə qanunvericiliklə müəyyənləşdirilən öhdəliklərə ciddi əməl etməyə dəvət edirik", - deyə məlumatda qeyd olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021

AQEM-ə üzv dövlətlərin iştirakı ilə beynəlxalq forum keçirilib

30-10-2025

Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

05-10-2010

Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib

13-09-2024

Fərdi məlumatların mühafizəsi təkmilləşdiriləcək

28-08-2023

ETX: Sürücülük vəsiqələrinin qanunsuz paylaşılmasının qarşısı alınıb

13-01-2026

Niderlandın bir neçə qurumunun əməkdaşlarına kiberhücum edilib

07-02-2026

Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

13-06-2023

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025

28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28-01-2025

Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

23-04-2015

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014

Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

12-06-2023

“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib

05-03-2020

Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

09-02-2016

Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

17-09-2024

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər gücləndirilir

12-06-2023

Xorvatiya ilə rəqəmsal təhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb

29-07-2025

AzTU ilə ETX arasında əməkdaşlıq memorandumu imzalanıb

02-12-2024

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023

2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

11-11-2015

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə