ETX: “Telegram” platformasında fişinq hücumları artıb

30-01-2025 / 19:18
Elektron Təhlükəsizlik Xidməti “Telegram” platformasında fişinq hücumlarının artması ilə bağlı xəbərdarlıq edir.
 
Xeberler.az bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Bildirilib ki, son zamanlar kiberdələduzlar ələ keçirdikləri “Telegram” hesabları vasitəsilə platforma istifadəçilərinə saxta kampaniyalarda iştiraka dair mesajlar göndərirlər. Bu mesajlarda saxta “Telegram” giriş keçidləri qeyd olunur. İstifadəçi bu keçidə daxil olub nömrəsini qeyd etdikdə, başqa cihazdan hesabına girişə aid bildiriş (kod) alır. Dələduzlar manipulyasiya yolu ilə bu kodları əldə edərək hesabları ələ keçirirlər.
 
Qeyd edək ki, ələ keçirilən hesablar vasitəsilə istifadəçilərin yaxınlarına da analoji fişinq mesajları göndərilərək dələduzluq halları davam etdirilir.
 
Elektron Təhlükəsizlik Xidməti təhlükəsizlik üçün aşağıdakı tədbirləri görməyi tövsiyə edir:
 
Şübhəli linklərə və QR kodlara daxil olmayın.
 
Telegram-a yalnız rəsmi veb-sayt (https://web.telegram.org) və ya mobil tətbiqlər vasitəsilə daxil olun.
 
Təhlükəsizlik parametrlərində ikimərhələli təsdiqləməni (2FA) aktiv edin.
 
Hesabınızın aktiv olduğu cihazları mütəmadi yoxlayın və tanımadığınız cihazlardan çıxış edin.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə