Previous Next
Bağla

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026 12:38
Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal dövlət platformasında kibersuverenliyin təmin olunmasının əsas istiqamətləri və milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi-texnoloji problemləri” mövzusunda elmi seminar keçirilib.

Xeberler.az məlumat verir ki, seminarda məruzə ilə çıxış edən texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev müasir dövrdə kibersuverenliyin qabaqcıl dövlətlərin strateji inkişafında mühüm yer tutduğunu bildirib. Rəqəmsal transformasiya şəraitində suverenlik məfhumu genişlənərək artıq yalnız coğrafi məkanda deyil, həm də virtual məkanda informasiya axınlarına nəzarət, şəbəkə-kommunikasiya resurslarının idarə olunması, milli məlumatların qorunması və digər strateji məsələlər ilə müəyyən edilir. Bu baxımdan dövlətin kibersuverenliyi milli təhlükəsizliyin ali məqsədlərindən biri kimi çıxış edir.

Məruzədə qloballaşmanın yaratdığı rəqəmsal çağırışlar, onların doğurduğu risklər və kibertəhlükələr geniş şəkildə təhlil olunub. Qeyd edilib ki, xarici ölkələr və şirkətlər tərəfindən təqdim olunan bir sıra xidmətlər və resurslar, bulud texnologiyaları, proqram təminatı vasitələri və s. kimi platformalardan asılılıq ölkənin kibersuverenliyi üçün ciddi risklər yaradır.

Həmçinin Milli Kibertəhlükəsizlik Sisteminin yaradılmasının konseptual və arxitektura-texnoloji əsasları təqdim olunub. Bununla yanaşı, ölkə miqyasında bütün qurumlara məxsus rəqəmsal obyektlərin operativ, taktiki və strateji səviyyələrdə kibertəhlükəsizliyinin təmin olunması vəziyyətinin ölçülməsi, qiymətləndirilməsi və təhlili üçün müxtəlif məqsədli xüsusi indikatorların, həmçinin onların əsasında milli indeksin işlənilməsi məsələləri müzakirə edilib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, təqdim olunan konseptual modelin reallaşdırılması imkanları müzakirə olunub və bir sıra təkliflər irəli sürülüb.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev mövzu ilə bağlı çıxış edərək Azərbaycanın yeni rəqəmsal arxitekturası çərçivəsində rəqəmsal dövlətin formalaşmasının əsas dayaqlarından birinin milli kibertəhlükəsizlik ekosisteminin və onun vəziyyətini xarakterizə edən proseslərin ölçülməsi mexanizmlərinin yaradılması olduğunu vurğulayıb.

Akademik deyib ki, son zamanlar süni intellekt texnologiyalarının təqdim etdiyi imkanlar və reallıqlar kontekstində milli kibertəhlükəsizlik sistemi yalnız mövcud kibertəhlükələrə cavab verməklə kifayətlənməməli, eyni zamanda, anomal situasiyalar və insidentlər haqqında toplanmış kritik əhəmiyyətə malik data resursların intellektual analizi nəticəsində gələcək təhdidləri proqnozlaşdıran və önləyən proaktiv mexanizmlərə əsaslanmalıdır. Bu baxımdan ölçüləbilən indikatorlara əsaslanan modellərin, xüsusilə də Milli Kibertəhlükəsizlik İndeksinin işlənilməsi və tətbiqi dövlət idarəetməsində yeni keyfiyyət mərhələsinin formalaşmasına xidmət edir. Həmçinin aparılan bu kompleks tədqiqatların əsasında rəqəmsal dövlətin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunmasına xidmət edən milli kibertəhlükəsizlik observatoriyasının elmi-nəzəri və arxitektura əsaslarının işlənilməsi problemi xüsusi aktuallıq kəsb edən prioritet vəzifə kimi alimlərin diqqətinə çatdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

03-07-2025
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024
Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025
Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

Kibertəhlükəsizlik sahəsində elmi əsərlərin xülasələri toplusu çapdan çıxıb

14-04-2026
Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə