Previous Next
Bağla

“Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” beynəlxalq elmi-praktik konfransı keçirilir

10-04-2026 13:30
“Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” beynəlxalq elmi-praktik konfransı keçirilir

Bakıda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransdan əvvəl DİM rəhbərliyi və kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.

Tədbirin əsas məqsədi təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlərin və təcrübənin paylaşılması, eləcə də aktual məsələlərin müzakirəsidir. Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, həmçinin müxtəlif beynəlxalq təşkilatlardan 200-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.

Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra DİM-in 10 illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə qonaqları salamlayaraq, qurumun 10 illik fəaliyyətinin milyonlarla vətəndaşın həyatında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, ölkədə biliklərə əsaslanan qiymətləndirmə sisteminin formalaşdırılması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə əsaslanır və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına verdiyi töhfələri xüsusi qeyd edib, qiymətləndirmə sisteminin daha humanist və ədalətli qurulmasında bu təşəbbüslərin mühüm rol oynadığını bildirib.

M.Abbaszadə son 10 ildə 6 milyondan çox insanın imtahan prosesindən keçdiyini diqqətə çatdıraraq, DİM-in artıq yalnız qəbul mexanizmi deyil, həm də ədalət infrastrukturunun vacib elementi olduğunu vurğulayıb. O, həmçinin “Holistic Assessment” yanaşması çərçivəsində koqnitiv, sosial və emosional bacarıqların qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bu cür beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycanda tətbiq olunan mərkəzləşdirilmiş imtahan modelinin şəffaflıq və rəqabətin təmin olunmasında mühüm rol oynadığını bildirib.

Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin prezidenti Bayram Əli Ərsoy isə DİM-in qısa müddətdə regionda nüfuzlu qurumlardan birinə çevrildiyini qeyd edərək, onun şəffaf və elmi əsaslara söykənən fəaliyyətini yüksək qiymətləndirib.

Konfransda çıxış edən digər beynəlxalq nümayəndələr də tədbirin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.

Açılış mərasimində Kolumbiya Universitetindən Amra Sabik-El Rayessin videomüraciəti də təqdim olunub. Tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Protokolu imzalanıb.

Konfrans çərçivəsində panel müzakirələr və müxtəlif sessiyalar təşkil olunacaq. Müzakirələrdə təhsildə qiymətləndirmənin strateji rolu, rəqəmsallaşma dövründə insan kapitalının inkişafı, elektron imtahan sistemləri və digər aktual mövzular əhatə ediləcək. Tədbir gün ərzində davam edəcək.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2023

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025

“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

19-06-2017

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

12-12-2017

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

10-05-2025

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

XRİTDX-də Ümummilli Liderə həsr edilən silsilə tədbirlər təşkil edilib

10-05-2026

Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

16-10-2025

“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

12-04-2016

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023

RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

06-12-2021

Təhsilin İnkişafı Forumu keçirilib.

03-11-2023

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017

Bakıda IAEA 2019 beynəlxalq konfransı keçirilir

23-09-2019

DİM-də rəqəmsal SAT imtahanı keçirilir

03-05-2025

Dövlət Xidmətinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə