"Facebook"a yüklədiyiniz və sonra sildiyiniz fotoşəkillərdən tamamilə xilas olduğunuzu düşünürsünüzsə yanılırsınız. Çünki, "Facebook"dan silinən fotoşəkillər sistemli şəkildə yaddaşa atılır.
Xeberler.az-ın Hürriyet qəzetinə istinadən verilən məlumata görə, fotoşəkilinizi "Facebook"a yükləyərkən düşünmənizdə fayda var.
Belə ki, "Ars Technica"nın redaktorlarından Jacqui Çeng, fotoşəkilini yüklədikdən sonra bu fotoşəkilini hesabından silir. Ancaq fotoşəkilinin URL-unu (yəni əlaqə ünvanını) saxlayır. Bir ildən sonra linkdən istifadə edən Çeng, fotoşəkilin hələ də "Facebook" da qaldığını görür.
Bənzər şəkildə fotoşəkillərini "Facebook"a yükləyən və sonradan bu fotoşəkilləri silən istifadəçilərin başına bu cür hadisələr çox gəlib. Bunun səbəbi isə istifadəçinin fotoşəkilini silməsinə baxmayaraq "Facebook" serverlərində avtomatik qeydiyyata düşməsidir. Buna görə də Facebook"a şəkil yükləyərkən diqqətli olmaq tövsiyə olunur. Bundan əlavə səhifənizdə yerləşdirdiyiniz ünvan və məlumatlar da serverə ötürülür.
Mehdi Hüseynov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri