Facebooka yüklədiyiniz və sonra sildiyiniz şəkillərin tamamilə hesabınızdan təmizlədiyinizi düşünürsünzsə, yanılırsınız. 500 milyona yaxın insanın qeydiyyatdan keçərək istifadə etdiyi Facebook sosial şəbəkəsi vasitəsilə istifadəçilər şəkilllərini, düşüncələrini, fikirlərini, bir sözlə maraqlandıqları hər şeyi səhifələrində dostları, tanışları ilə paylaşırlar. Ancaq şəkilinizi Facebooka yükləyərkən bir daha düşünmək lazımdır. Facebooka yüklənən şəkillərini silən istifadəçilərin fotoları əslində silinmir.
Qaynar.info-nun Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə “Ars Technica”-nın redaktorlarından Jacqui Cheng, Facebooka profilinə fotoşəkilini yüklədikdən sonra şəkli hesabından silir, ancaq fotoşəkilinin URL-nu (yəni keçid ünvanını) saxlayır. Ardınca bir ildən sonra bu əlaqəyə tıklayıb daxil olanda Cheng, fotoşəkilin hələ də Facebookdan silinmədiyini, həmçinin şəkilə baxmağın mümükünlüyünü görür.
Buna bənzər fotoşəkillərini Facebooka yükləyən, sonra bu fotoşəkilləri silən istifadəçilərin başına da oxşar hadisə gəlir. Bunun səbəbi isə istifadəçinin fotoşəkilini silməsinə baxmayaraq, Facebook serverlərində hələ bu şəkillərin qeyddə olması və bu fotoşəkillərin serverlərdən 16 aya qədər uzun bir müddətdən sonra silinməsidir. Bu səbəblə Facebooka şəkil yükləyən istifadəçilərin bu vəziyyəti nəzərə alınaraq profillərinə istədikləri fotoşəkilləri yükləmələri olduqca əhəmiyyətli və təhlükəlidir. // Vüqar Hacıyev, QayNar
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri