İtaliyada bəzi həkimlər,"Facebook" kimi sosial şəbəkələr stress qaynağı olduğu bildirilib.
Napolidəki xəstəxananın həkimləri, "The Lancet" jurnalında nümayiş olunan məqalələrində 18 yaşlı bir gənci müayinə ediblər. Məqalədə, sevgilisindən ayrıldıqdan sonra sevgilisinin "Facebook"dakı dost siyahısından silinən və depresiyaya düşən oğlanın asma olduğu məlum olub.
Yeni bir hesab açaraq fərqli bir adla keçmiş sevgilisinə "Facebook"da dost olan gəncin, qızın fotoşəkilini hər görəndə nəfəsinin kəsildiyi bildirilir. Həkimlər onun keçmiş sevgilsinin şəkillərini görəndə asma olduğunu təsdiqləyiblər. Stress asma xəstəliyinə səbəb olur. Həkimlər bildiriblər ki, bu səbəbdən bu cür ictimai paylaşma saytları yeni stress qaynaqlarıdır. Daha sonra "Facebook"a daxil olması həkimlər tərəfindən qadağan edilib. Gənc, artıq anormal asma böhranından xilas olub.
Fransanın Nantes şəhərindən professor Antoine Maqnan isə fransız "Le Point" jurnalına verdiyi açıqlamada asma və internet arasında bir əlaqənin olmadığını söyləyib. İtalya həkimlərinin bu qiymətləndirməsini beynəlxalq bir jurnalında yayılması onu çaş-baş salıb. Maqnan bildirib ki, bu vəziyyətin adi haldır. Hər stres, asma xəstəsi olan şəxslərdə tənəffüs problemlərinə səbəb ola bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri