Almaniyanın nüfuzlu təşkilatlarından olan Hamburg İnformasiya Mühafizəsi Təşkilatı Facebooku məhkəməyə verməyə hazırlaşır. Buna səbəb kimi, onun üzvü olmayan şəxslərin facebook məlumatlarından istifadə etməsi göstərilir. İnformasiya Mühafizəsi Təşkilatının sədri Joannes Caspar qeyd edib ki, başqasının şəxsi məlumatlarından istifadə etməsi, fərdilik gizlilik qanunlarına ziddir, ona görə də Facebooku məhkəməyə verəcəyik. Caspar bəzi istifadəçilərin Facebooka üzv olmadıqları halda şəxsi məlumatlarının istifadə edildiyini və buna görə da, təşkilata çoxlu şikayətlər gəldiyini deyib. Sədr onu da qeyd edib ki, Facebook həmin məlumatları reklam məqsədi ilə istifadə edir və satışa çıxarır, bu səbəbdən də dəqiq açıqlama verməsi üçün ona avqustun 11-nə qədər vaxt vermişik. Əgər bu məhkəmədə Facebook məğlub olarsa, onu cərimə gözləyir.
Facebook da haqqında qanuni əməliyyat başlandığını təsdiqləyib.
V.ELMAR
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri