Məlum olduğu kimi, Facebook-un adı son vaxtlar bəzi siyasi məsələlərdə hallanır.
Bunun nəticəsidir ki Facebook günü-gündən istifadəçilərini itirir. Belə ki, sonuncu dəfə Cambridge Analytica skandalı ilə diqqətləri üzərinə toplayan Facebook-a ilk olaraq Elon Musk öz münasibəti bildirdi. O, Twitter-də #DeleteFacebook həştəqi ilə platformaya etiraz elan etdi.
Xeberler.az xarici mediaya istinadən qeyd edir ki, bu dəfə isə Apple-ın qurucularından olan Steve Wozniak bu etiraza qoşulub.
O, məsələ ilə bağlı açıqlamasında deyib ki, Facebook istifadəçilərinin şəxsi məlumatlarından reklam aləti kimi istifadə edir:
“Bu isə Facebook tərəfindən reallaşdırılan tək tərəfli razılşma olduğundan istifadəçilər heç bir gəlir əldə etmir. Məndən olsa, şəxsi məlumatlarımın satılması qarşılığında pullu üzvlüyü seçərdim”.
Bu açıqlamadan sonra Steve Wozniak Facebook hesabını bağlayıb. Beləliklə, Wozniak da Facebook-a sərt reaksiya göstərən tanınmışlar siyahısına daxil olub.
Elşən Abdulkərimov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri