Facebook reklamdan nə qədər qazanır?

12-04-2011 / 17:11
Facebook sosial şəbəkəsində reklamın qiyməti 40% bahalaşıb.
 
Bunu «Efficient Frontier» təşkilatı açıqlayıb. Qurum ötən rüblə müqayisədə hazırda Facebook-da reklam qiymətlərinin 40% baha olduğunu bildirir. Qurumun proqnozuna görə, bu il Facebook sosial şəbəkəsində reklama xərclənən məbləğ 5 dəfədən artıq çoxalacaq və 4,05 milyard dollar təşkil edəcək.
Qeyd edək ki, ötən il sözügedən sosial şəbəkənin reklam banerlərindən əldə etdiyi gəlir 1 milyard 860 milyon dollar olub. Bu məbləğin təxminən 60%-i kiçik və orta biznes təmsilçilərinin reklamından əldə edilib.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə