Facebooka dislayk xüsusiyyəti gəldi

18-12-2013 / 10:55
Bir çox   Facebook istifadəçilərinin ən çox istədiyi şeylərdən biri olan dislike yəni bəyənməmək düyməsi bir az fərqli olaraq olsa da, Facebooka əlavə edildi .
Dünyanın ən çox istifadəçiyə sahib sosial şəbəkəsi Facebook keçən il bir çox yeniliklər edib. Facebookun bu gün verdiyi məlumat isə istifadəçilərin marağına səbəb olacaq. 
Xəbərlər.az-ın Teknokulis.com-a istinadən verdiyi məlumata əsasən, Facebookun bu dəfəki yeniliyi  dislayk xüsusiyyətini gətirməsidir. Lakin bu xüsusiyyət yalnız Facebook Messengerə tətbiq edilib. Yəni artıq istifadəçilər bir-birləriylə mesajlaşarkən smayl kimi dislaykdan  istifadə edə biləcəklər.
Lakin dislaykdan messengerdə istifadə etmək mümkün olsa da, onun sayta əlavə olunması çətin görünür. Çünki mütəxəssislər  bu düymənin insanların psixologiyasına təsir edə biləcəyini düşünürlər.
Ülkər Eldarqızı

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.