Almaniya Istehlak Naziri Ilse Aigner Facebookun Avropa təmsilçisi ilə etdiyi söhbətdən sonra sosial şəbəkədəki səhifəsini bağlamaq qərarına gəlib.
Səbəb kimi, Facebookun keçən həftə tətbiq etdiyi yeni təhlükəsizlik sisteminin yetərli olmadığını göstərib. Alman nazir Facebookdan narazılığını dilə gətirib: "Səhifəmi bağlayacağam. Öncə isə dost siyahımda olan 4min dostumu bundan xəbərdan verəcəm. Məncə insanlar Facebookun nə qədər təhlükəli olduğunun fərqində deyillər. Həmyerlilərimə məsləhət görərdim ki, şəbəkədəki səhifələrini bağlasınlar."
Xatırladaq ki, keçən həftələrdə Facebookun alman istifadəçiləri təhlükəsizlik sisteminin bərbad olması səbəbiylə sosial şəbəkəni baykot etmişdilər. Bundan sonra Facebook rəhbərliyi yeni sistem tətbiq etməyə başlamışdı. Göründüyü kimi, bu da almanları qane etməyib. Alman nazirin bu qərarının ölkə əhalisi tərəfindən dəstəklənəcəyi gözlənilir. Almaniyada 8 milyondan çox Facebook istifadəçisi var.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri