500 milyondan çox insanın bir hissəsinin gününün önəmli bir bölümünü Facebookda keçirməsi bir çox psixoloqların və araşdırmaçıların marağına səbəb olub. Aparılan araşdırmaların 10 ən vacibini təqdim edirik.
1. Facebook istifadəçilərinin bir çoxunun son dövrlərdə, səhiyyə, iş, biznes imkanlarının aşağı düşməsi, qısqanclıq duyğusunun artması kimi problemləri meydana gəlməyə başlayıb.
2. Kanadanın York Universitetinin mütəxəssisləri apardıqları araşdırmaya görə, Facebook səhifəsini tez-tez aktuallaşdıran istifadəçilərdə özünəvurğunluq və özünəgüvən daha çox önəm daşıyır.
3. Araşdırmaya görə, facebooka girən insanların 70%-i porno saytlara girmir.
4. Psixoloqlar özünəvurğun olan insanların və daha çox sevilmə istəyi olan insanların facebook vasitəsi ilə bunu çox aydın şəkildə ortaya qoyduqlarını söyləyirlər. Onlar bunu statusları vasitəsiylə edirlər.
5. York Universitetinin araşdırmasına görə, Facebookda qızlar daha çox öz cəlbedici rəsmlərini, oğlanlar isə, “About me”(mənim haqqımda) bölməsinə mümkün qədər çox məlumat yazmağa və fotolarını yerləşdirməyə üstünlük verirlər.
6. Facebookda rəsmlər videolardan 22% daha çox tıklanır. Günortadan əvvəl tıklanan mövzuların, günortadan sonra tıklanan mövzulardan 65% çox olduğu ortaya çıxıb. Ən çox istifadəçi olan gün isə cümə günüdür. Bazar günləri isə ən passiv gün hesab edilir.
7. Hollandiyalı psixoloq Paul Kirschner, dərs prosesində, facebook səhifəsini yoxlayan tələbələrin olduqca uğursuz nəticələr göstərdiklərini söyləyib.
8. 219 ABŞ unversitet tələbəsi arasında sorğu keçirən psixoloqlar, facebook istifadəçisi olan tələbələrin 5 ballı sistemlə qiymət ortasının 3.06 olduğunu, facebook istifadə etməyən tələbələrin qiymət ortasının 4,82 olduğunu araşdırıblar.
9. Facebook istifadəçilərinin 63%-i sosial şəbəkənin yaradıcısı Zukerberqə dostluq göndərmək istəyindədir.
10. Araşdırmaya görə, amerikalıların 25%-i facebookda müsəlmanlarla dost olmaqdan çəkinirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri