Facebook, artıq İnternet Explorer 6 dəstəkləməyəcək

28-08-2010 / 04:10

Gözləniləndən çox maraq görən chat xidməti ilə əlaqədar gələn şikayətlər Facebooku bezdirənə oxşayır.
Facebook-un daimi istifadəçiləri onun chat sistemindən də aradabir yararlanıblar. Siz də Facebook istifadə edirsinizsə, yəqinki siz də rastlaşmısınız. Facebook chatı stabil deyil və ara-sıra istifadəçi sistemdən kənarlaşır. Facebook chatını destkopda da istifadə etmək üçün proqramlar olmağına baxmayaraq ( Pidgin kimi ) hər kəs daha çox elə browserdən daxil olanda istifadə edir.

Şirkət xidməti ən yaxşı şəkildə təqdim etməyə çalışsa da hal-hazırda dünyada ən çox istifadə edilən ikinci browser olan İnternet Explorer 6a uyğunlaşdıra bilmədikləri üçün dəyişiklik edə bilmirdilər. Qərar IE6a artıq dəstək verməyəcək olan Facebook chat sistemini inkişaf etdirmək oldu.

IE6 istifadə edən lakin yenə də Facebookun bütün nemətlərindən faydalanmaq istəyən istifadəçilərə 15 Sentyabra qədər zaman verildi. Bu tarixdən sonra Facebook artıq IE6a dəstək verməyəcək

Mənbə: weboxu.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə