“Facebook”u məhkəməyə veriblər

09-09-2010 / 21:50

ABŞ-ın Merilend ştatının sakini Karen Bet Yanq “Facebook” sosial şəbəkəsində səhifəsi bağlandığı üçün məhkəməyə üz tutub.

Amerikalı xanım “Facebook”da 2010-cu ilin fevralında səhifə açıb və qısa müddətdə bu sosial şəbəkədə dost olub. Karen Bet Yanq burada onkoloji xəstəliklərlə mübarizə aparan qrup da yaradıb və sosial şəbəkənin digər istifadəçilərinin də bura qoşulmasına səy göstərib. Bir neçə ay sonra amerikalı xanımın “Facebook”dakı səhifəsi bağlanıb. “Facebook” sosial şəbəkəsinin rəhbərliyi Karen Bet Yanqa məktub göndərib və məktubda bildirilib ki, o, sosial şəbəkənin bir neçə qaydasını pozub. Məsələn, özünə tanış olmayan şəxsləri dostları sırasına daxil edib, arzuedilməz məktublar göndərib, burada biznesi qurmağa çalışıb.

Həmin vaxt Karen Bet Yanq şəxsən maşınla bir neçə min kilometr qət edərək “Facebook”un Palo-Altodakı ofisinə gedib və öz səhifəsinin bərpasını tələb edib. “Facebook” əməkdaşları səhifəni açıb, ancaq iki gün sonra yenidən bağlayıblar. Ona görə də qadın məhkəməyə baş vurub.

Karen Bet Yanq şikayət məktubunda “Facebook”u onun konstitusion hüquqlarını, istifadəçi ilə bağlı razılaşmanı pozmaqda, vətəndaşlıq hüquqlarını məhdudlaşdırmaqda günahlandırıb. Amerikalı xanım səhifəsinin bərpa olunmasını və ona kompensasiya ödənilməsini tələb edir.

mənbə: lent.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə