Firefox brauzerinin yaradıcısı Facebook-a gedib

30-07-2008 / 17:04
Computerworld-un verdiyi xəbərə görə, Mozilla şirkətinin yeni layihələr üzrə vitse prezidenti Mayk Şropfer, Facebook sosial şəbəkəsinin yeni layihələr üzrə direktoru olacaq.

Firefox brauzerinin hazırlanması və inkişafı ilə məşğul olan Mayk Şropfer Mozilla şirkətinə gələnə dək, Sun Microsystems şirkətində verilənlərin emalı və avtomatlaşdırılması mərkəzinin direktoru vəzifəsində çalışıb.

Şropfer, Facebook-da proqram platformasının və sosial şəbəkənin istifadəçi interfeysinin hazırlanmasına cavabdeh olacaq. Facebook-a yeni layihələr üzrə vitse-prezident təyin olunmayana dək, Şropferin işinə, Facebook şirkətinin baş direktoru və yaradıcısı Mark Tsukerberq rəhbərlik edəcək.

Şropfer öz bloqunda bildirib ki, o, Mozilla şirkətində daha bir neçə həftə çalışacaq. Həmçinin o, ilk dəfə olaraq sevdiyi layihəni tərk edəcəyini qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə