Fransada Bitcoin valyutası qadağan oluna bilər

20-11-2015 / 10:48

Bitcoin virtual valyutası Fransada baş verən terror aktlarının araşdırılması fonunda Avropa İttifaqı (Aİ) ərazisində qadağan oluna bilər.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, cümə günü Brüsseldə Aİ ölkələri kriptovalyutanın terror aktlarının hazırlanması və maliyyələşdirilməsi üçün təhlükə törədə bilməsi məsələsini müzakirə edəcəklər.

Sənəd layihəsində Avropa Komissiyası üçün elektron/anonim ödənişlər və virtual valyutalar kimi qeyri-bank ödəmə üsullarının idarə olunması üzrə tədbirlər nəzərdə tutulur.

Eyni zamanda oktyabrın ortalarında Avropa Məhkəməsi Bitcoin və digər virtual valyuta ilə Aİ ərazisində aparılan əməliyyatların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı qərar çıxarıb. Məhkəmə bu qərarla virtual valyutaları vergiqoyma baxımından ənənəvi valyutalara bərabərləşdirib.

Bitcoin dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.