İllərdir ki, virtual pul valyutası Bitcoin-in yaradıcısı hər kəs üçün maraqlı şəxs olaraq qalırdı. Bu günə qədər yeni valyutanın kim tərəfindən yaradıldığı məlum deyildi.
Xeberler.az BBC-yə istinadən məlumat verir ki, mediaya açıqlama verən avstraliyalı startapçı Craig Wright Bitcoin-in yaradıcısının özu olduğunu deyib.
BBC, Economist və GQ üzərindən açıqlama verən Wright-in kimliyi Bitcoin Foundation-in qurucularından Jon Matonis tərəfindən də təsdiqlənib.
Matonis Wright-in həqiqətən Bitcoin zəncirini başladan şəxs olduğunu vurğulayıb.
Ekspertlər bildirirdi ki, bu gün bütün dünya üzrə 100-dən çox müxtəlif ad və dəyərdə kriptovalyuta mövcuddur. Lakin onlardan ən birincisi və ən geniş yayılanı Bitcoi-dir. Kriptovalyuta növünün 2009-cu ildə naməlum bir qrup şəxs tərəfindən yaradıldığı ehtimal edilirdi. Bitcoin -in əldə edilmə proseduru “mayninq” (mədənləmə) adlanır və “blok” adlanan riyazi məsələlərin həlli nəticəsində əmələ gəlir. Bu zaman 25 bitcoin əmələ gəlir.
Əvvəllər 1 blok məsələnin həlli nəticəsində 50 bitcoin əmələ gəlirdi. Lakin, sistem elə qurulub ki, hər 4 ildən bir məsələ həlli nəticəsində əmələ gələn bitcoin sayı yarıya qədər azalır. Bitcoin ilk yarandığında sadəcə bir qrup proqramçı arasında görülən işlərin ödənilməsi üçün istifadə edilirdi və 1 ABŞ dolları qarşılığında minlərlə BTC ilə ifadə olunurdu. Lakin, getdikcə yeni valyutanın əvvəlcə daha çox istifadəçi, daha sonra isə kiçik biznes nümayəndələri tərəfindən qəbul edilməsi, onun dəyər qazanaraq bahalaşmasına səbəb olub. Məsələyə Vinklevos qardaşlarının qarışması, daha doğrusu Bitcoin-ə külli miqdarda yatırım etmələri, yeni kriptovalyuta haqqında daha geniş mübahisələrin aparılmasına səbəb olub.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri