İsveç bu yaxınlarda virtual valyutaların tənzimlənməsi üzrə yeni qaydaları təsdiq edib. Qaydalardan görünür ki, Bitcoin rəqəmli valyutası ölkədə qadağan olunmayacaq.
Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, İsveçdə gəlir vergisinin mənbəyindən asılı olaraq onun bir neçə növü var.
Bitcoin digər rəqəmli valyutalar, eləcə də pul əldə etmə üzrə əməliyyatlar kimi avadanlıq qiymətinin baha olması və gəlir əldə etmək üçün potensialın az olması səbəbindən gəlir sektoruna aid edilmir. Vətəndaş yalnız pul əldə etmə üzrə əməliyyatlarda uğur qazananda gəlir vergisi ödəyir.
Bitcoin İsveçdə kapitala aid deyil və buna görə də ona kapital qoyuluşlarından əldə olunan gəlirlərdən vergi tətbiq edilməyəcək və beləliklə, pul əldə etmə üzrə əməliyyatlar məşğulluq vergilərinə aid olacaq. İsveçdə bu sektora iqtisadi fəaliyyət və ya kapital vergisinə düşməyən gəlirlər aiddir.
Yeni qanunvericilikdə Bitcoin-in qadağası ilə bağlı yalnız bir bənd yer alıb: kriptovalyutadan metal və ya emal materiallarının alışı üçün istifadə qadağandır.
Bitcoin dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri