Avropada Bitcoin dövlət yaradılıb

21-04-2015 / 10:55

 Avropa İttifaqı ərazisində yeni dövlət - Liberland Azad Respublikası yaradılıb. Ölkənin valyutası Bitcoin və ya onun əsasında digər kriptovalyuta olacaq. Ərazisi 6 kv.km təşkil edən ölkənin rəsmi yaranma tarixi 13 aprel 2015-ci il hesab edilir.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, dövlət Xorvatiya və Serbiya arasında olan ərazidə yerləşir. Kriptodövlətin yaradılması təşəbbüsü respublikanın ilk prezidenti seçilən Çexiya Azad Vətəndaşlar Partiyasının üzvü Vita Edliçkaya məxsusdur.

Yeni yaradılan dövlətin şüarı “Yaşa və başqalarına yaşamağa imkan ver” seçilib. Ölkə Wikipedia onlayn ensiklopediyasında səhifəyə, sayta, bayraq və gerbə malikdir.  

“Hazırlıq komitəsi prezidentə diplomatik kanallar vasitəsilə ölkənin yaranması barədə qonşu ölkələri, BMT və dünyanı məlumatlandırmaq səlahiyyəti verib. Yeni dövlətin yaradıcıları insanların əlavə dövlət qadağaları və vergilər olmadan gözəl yaşaya biləcəkləri cəmiyyət yaratmaq istəyirlər. Bizim ideallarımız Monako, Lixtenşteyn və Honkonqdur”, - V.Edliçka bildirib.  

Bitcoin virtual valyutasının rəsmi valyuta kimi qəbul edilməsi dövlət tipoqrafiyasının açılmasına, banknotların dizaynının və mühafizə vasitələrinin işlənməsinə vəsaitlər xərcləməməyə imkan verəcək. Bundan əlavə, Liberland təcrübəsi uğurlu olsa, bu, bitcoin və blockchain” texnologiyasının praktiki tətbiqinə böyük töhfə verə bilər.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə