Futbolda texnologiyadan istifadə oluna bilər

08-07-2010 / 01:38

 Dünya Çempionatının ilk matçlarında gözlənilməz nəticələr qeydə alındı. Qrup matçları başa çatıb finallara keçiləndə isə oyunların keyfiyyətiylə bərabər həyəcan da artmağa başladı. Ancaq həyəcanımızı bir az məhdudlaşdıran bir faktor ortaya çıxdı: Hakim səhvləri.

İngiltərənin qapı xəttini keçdiyi halda verilməyən qolu, Argentinanın ofsayddan atdığı qol mübahisə və müzakirələrəs əbəb oldu. Futbolda texnologiyadan istifadə edilməsi məsələsi yenidən gündəmə gəldi. Əvvəl bu fikirə soyuq baxan FIFA prezidenti Zepp Blatterdən bu dəfə müsbət danışıb.

 

Xüsusilə topun xətti keçib keçməməsiylə bağlı hallarda yaşanan tərəddüdləri aradan qaldırmaq üçün texnologiyaya müraciət edilə biləcəklərini deyən Blatter, "Yaşadığımız təcrübələrdən sonra texnologiyanın futboldakı yerini və hakimlərə köməyini təkrar nəzərdən keçirməliyik" dedi.

 

Blatterin bu geri addımında İngiltərə Baş naziri David Cameronun açıqlamalarının da təsiri olduğu söylənilir. Cameron matçdan sonra "Futbolda da digər idmanlarda olduğu kimi texnologiyadan istifadə edilməli, yaşanan problemlər bunun üçün yaxşı bir fürsətdir" deyərək FIFA-ya mesaj göndərmişdi.

 

Topun xətti keçməsiylə əlaqədar bu anda başqa idmanlarda istifadə edilən bir neçə üsul var. Bunlardan biri ‘Hawk Eye' yəni ‘Şahin Gözü' üsuludur. Bu üsula tennis matçlarında tez-tez rast gəlirik və əksər qərarlarda bu üsul uğurlu alınır. Şahin Gözü texnologiyasında top kameralarla izlənərək düşdüyü nöqtə yarım saniyədə ekrana köçürülür. Bu ağıllı tətbiq, millimetrlik hesablarda belə yanılmır. Bir başqa üsul da texnologiyada Cairosdur. Cairos topa yerləşdirilən bir cihazdır. Bunun sayəsində topun hara düşsüyü aydın izlənilə bilir.

 

Göründüyü kimi, artıq futbol matçlarında da texnologiya sözünü deyəcək.

 

ELMAR.V

 

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə