Qüsursuz məlumat təhlükəsizliyi istəyənlər üçün Flash yaddaş

23-04-2009 / 15:59

Məlumat təhlükəsizliyi bu gün son dərəcə vacib mövzulardan biridir. Artıq peşəsindən asılı olmayaraq hər bir insan istəyir ki, vacib sənədləri heç vaxt itirməsin. Bir sözlə insanlar məlumatların təhlükəsizliyindən əmin olmaq istəyirlər. Fujitsu`nun təklif etdiyi Flash yaddaş qurğusu bu problemi çözdü.

 Fujitsu məlumatlarınızı qorumaq üçün son dərəcə maraqlı və sərfəli 2 üsul tapdı. İstehsal etdiyi Flash yaddaş 2 üsulla işləyir. İçərisində bir prosessor və bateriya var. Bu Fləş daha əvvəl özünə tanıdılmamış bir cihaza taxılırsa, müəyyən bir müddət ərzində yaddaşda olan bütün məlumatları avtomatik olaraq birdəfəlik silir. 2-ci üsul isə xüsusi quruluşu sayəsində yaddaş silinmədən məlumatları daha əvvəl təyin olunmuş bir serverə, ya da e-poçt ünvanına göndərə bilir. Beləcə həm məlumatlarınız qorunur, başqa ələ keçmir, həm də silinmir.

Fujitsu inkişaf etdirdiyi bu cihazı hələ ki testdən keçirir. Nə vaxt satışa çıxarılacağı məlum deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə