Toshibadan metil spirti ilə şarj edən cihaz

04-11-2009 / 10:13
Toshiba firması cib telefonlarını şarj etmək üçün qəribə üsul icad edib. “The Dynario” adlı yeni məhsul metil spirti enerjiyə çevirir və bununla cib telefonu, dijital fotoaparat kimi cihazları şarj etmək olur. Cihazın istifadə etdiyi metil spirt balonu qurtaranda isə tez bir zamanda dəyişdirilir və istifadə davam edir. Toshiba məhsulu alanlar üçün 5 ədət ehtiyat metil spirti balonu da verir. Cihazda metal spirtindən başqa su buxarı və ya oksigen istifadə etmək mümkündür.Dynario-nun ən mənfi cəhəti qiymətinin kifayət qədər baha olmasıdır. Lakin istehlakçıların sayı artdıqca qiymətdə də eniş gözlənilir. Toshiba satışa hələlik 3000 ədəd cihaz buraxıb. Dynario qiyməti isə 29.800 Yapon Yeni-dir. Bu da təxminən 240 AZN edir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə