Facebookda tələ qurdular!

06-03-2009 / 19:00

Facebook tətbiqləri qorxutmağa davam edir: xakerlər yenidən şifrələrin arxasında...
Facebook artıq əvvəlki qədər etibarlı deyil. Qısa aralıqla ortaya çıxan iki Facebook tətbiqi, istifadəçilərin fərdi məlumatlarını əldə etmək üçün bənzər üsullara müraciət edir. İlk olaraq bir neçə gün əvvəl görülən \"Error Check System\" tətbiqi, istifadəçilərə profillərinin görüntülənmədiyini söyləyərək şifrələrini oğurlamağa çalışırdı.

Yeni tətbiq isə Facebookun istifadəçi müqaviləsini pozduqları səbəbiylə, profillərinin silinmək üzrə olduğunu söyləyərək qorxudur və istifadəçiləri göndərdiyi e-poçtdakı əlaqəyə basmağa təşviq edir. Bu əlaqəyə basıldığında isə istifadəçinin şifrəsini əldə edən xakerlər ayrıca eyni e-poçtun tələyə düşən yoldaşlarına da göndərilməsini təmin edirlər.

Son zamanlarda tez-tez gündəmə gələn Facebookun istifadəçi müqaviləsi müzakirələri sayəsində yaranan problemlər fonunda ikinci xaker tətbiqinin bu ana qədər neçə adamın şifrəsini oğurladığı məsələsi meydana çıxır.

Facebook tətbiqləri ilə əlaqədar ən böyük problemin, hər hansı birinin Facebook üçün asanlıqla tətbiq yaza bilir olmasıdır. Üstəlik bu tətbiqlərin nəşr olunması üçün Facebook tərəfindən nəzarət edilməsi lazımlılığı belə yoxdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə