“Gələcəyin məktəbi” www.mektebler.az

18-12-2008 / 15:21

17 dekabr 2008-ci ildə Azərbaycan Media Mərkəzində USAİD-in maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Buta” Humanitar Uşaq Fondu tərəfindən yaradılmış “Gələcəyin məktəbi” Portalının (www.mektebler.az) təqdimat mərasimi keçirildi.

Təqdimatı giriş sözü ilə açan, “Buta” Humanitar Uşaq Fondunun prezidenti Nazim İbadov, Portalın Azərbaycan internet məkanında təhsilin inkişafı üçün, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-na bir tövhə olacağını bildirdi. Sonra Portalın meneceri Səbuhi İsayev Portal haqqında jurnalistlərə və qonaqlara geniş məlumat verdi.

Təqdimat mərasimində iştitak edən, Dövlət, QHT nümayəndələri və təhsil sahəsində çalışan ekspertlər, məktəb direktorları, bu cür Portalın Azərbaycan təhsilinin inkişafı üçün əhəmiyyətindən danışaraq, Portalın gələcək fəaliyyətində uğurlar arzuladılar.
Sonda jurnalistlərin suallarına ətraflı cavab verildi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə